Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.83 $▲1.19%
  • WTI neft85.65 $▲0.75%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.188 $▲3.27%
  • Qızıl3 852 $▼0.66%
  • Gümüş47.18 $▼0.64%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 816 $▼1.54%
  • Ethereum1 794 $▼1.38%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

"Qarabağ" "Milan"a çatdı - Yeni reytinq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çempionlar Liqasında dünən keçirilən 2-ci təsnifat mərhələsinin oyunlarından sonra klubların növbəti UEFA reytinqi açıqlanıb.

Busaat.az xəbər verir ki, yeni reytinqdə ÇL-dəki yeganə təmsilçisimiz “Qarabağ” irəliləyib.

Ağdam klubu dünən Moldovanın “Şerif”inə 2:1 hesabı ilə qalib gələrək xallarının sayını 20,500-ə yüksəldib. Bu göstərici ilə “Qarabağ” “Milan” (İtaliya) və “Standard”a (Belçika) çatıb və onlarla 62-64-cü yerləri bölüşür.

Ağdam təmsilçisi reytinqdə “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Atletik”, “Selta”, “Real Sosyedad”, “Espanyol”, “Hetafe” (hamısı İspaniya), “Spartak (Rusiya), “Everton” (İngiltərə) kimi məşhur klubları geridə qoyub.

Siyahıda digər klublarımızdan  “Qəbələ” 178-ci, “Neftçi” 223-ci, “Keşlə”, “Səbail”, “Zirə”, “Kəpəz”, həmçinin tarixində ilk dəfə bu mövsüm avrokubokda mübarizəyə qoşulacaq “Sumqayıt”  298-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, 427 klubun yer aldığı siyahıya “Bavariya” başçılıq edir (111,000) “Barselona” 2-ci (106,000) “Real” 3-cüdür (105,000)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=16699