Qarabağ münaqişə zonasında daha 2 erməni hərbçinin meyiti tapıldı

image-ermeni-axtarisbackend
image-uzb_ads_desk

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 2 erməni hərbçinin meyiti tapılıb.

Busaat.az erməni mətbuatına istinadən xəbər verir ki, cəsədlər Füzulidə aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə yüksəlib.

Hazırda axtarış işlərinin Rusiya sülhməramlı kontingentində heyət dəyişikliyi səbəbindən dayandırıldığı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki