“Qarabağ” Musa Qurbanlını qaytarır? – Qurban Qurbanov açıqladı

image-msg-1001499163008-39103backend

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalı üzrə “Bayer 04″lə oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Busaat.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

“Bizim üçün vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından birinə qarşı oynayırıq. Cavab oyununda daha diqqətli olmalıyıq. Bu stadionda yenidən oynamaq xoşdur. Oyun haqda çox fikir bildirməyə ehtiyac yoxdur, diqqətimizi oyuna yönəltmişik. Sabah 90 dəqiqə həddindən artıq diqqətli olmalıyıq”.

Qurban Qurbanov “Juninyo zədələnəndə onu əvəz etməyə oyunçu yoxdur. Ötən mövsüm yaxşı oyun nümayiş etdirən Musa Qurbanlını geri qaytarmaq mümkündür?”, sualına belə cavab verib:

“Juninyonun sabah əsas heyətdə olub-olmaması hələ bilinmir. Məşqdən sonra dəqiq bilinəcək. Hazırda başqa hücumçu gətirmək barədə düşünmək düzgün deyil. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın qayıtması müzakirə mövzusu deyil. Bu gün fikrimiz sırf “Bayer”lə oyuna və çempionata yönəlib. Dediyiniz mövzu yay transfer pəncərəsinə aiddir”.

Qeyd edək ki, “Bayer 04” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.Offsideplus.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki