“Qarabağ”, “Neftçi” və “Sabah” dünya reytinqində gerilədilər

image-cc29d297-01db-37e8-94c7-19f51e92c0c7_850backend

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Busaat.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-ci ola bilib.

“Neftçi” və “Sabah” klubları da geriləyiblər. “Ağ-qaralar” 318-ci sıradan 340-a, “bayquşlar” isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin “Əl-Əhli” (244) komandası üçüncü yerə yüksəlib. Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki