Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.22 $▼1.98%
  • WTI neft95.40 $▼1.73%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.858 $▼0.90%
  • Qızıl3 956 $▲0.59%
  • Gümüş49.72 $▲0.25%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda594.50 ¢▼1.78%
  • Bitcoin76 844 $▼0.63%
  • Ethereum2 261 $▼0.48%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Siyasət

Ərdoğan: Qarabağ öz kimliyinə qovuşacaq

image-qarabagerdo
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qardaşım İlham Əliyevin liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən ayağa qaldıracaq işləri yaxından izləyirik. Şuşaya gələn zaman işlərin aparıldığını gördük, gördünüz”.

Busaat.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

“Bir tərəfdən yollar çəkilir, elektrik stansiyaları inşa edilir. Bütün bunlarla bərabər isə susuz olan bu bölgə suya qovuşur. Bütün bu işlər sürətli şəkildə həyata keçirilir. Çox qısa zamanlarda bölgədə hava limanlarının da inşası başa çatacaq. Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq. Qarabağ öz kimliyinə qovuşacaq. Buna heç bir şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış yerlərinin təkrar inkişaf etdiyini yaxın vaxtlarda görəcəyik. Türkiyə olaraq inşa fəaliyyətlərində də qardaşlarımıza hər cür dəstəyi veririk və verməyə də davam edəcəyik”, – Türkiyə Prezidenti vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49819