
"Qarabağ" "Sürix"ə qarşı - Yenilənir
Bu gün “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə ilk oyununa çıxacaq.
Busaat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu iyulun 27-si İsveçrədə olacaq.
Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün güclüsü “ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün zəifi ilə görüşəcək.
20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)
Tofiq Bəhramov adına Respublika Stadionu.























