“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO

image-bdf86b4162e2ca633b6a555469b0930abackend

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi ilə qarşılaşıb.

Busaat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki