Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.40 $▼0.46%
  • WTI neft88.37 $▼0.21%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.153 $▼2.38%
  • Qızıl3 879 $▼0.20%
  • Gümüş47.63 $▼3.05%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.25 ¢▼0.67%
  • Bitcoin64 597 $▼0.89%
  • Ethereum1 805 $▼1.25%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Cəmiyyət

Qarabağ Universitetinin təbliğat görüşü keçirilib

image-uni
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin təbliğat görüşü keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Busaat.az-a verilən xəbərə görə, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən təbliğat görüşündə Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gozəlova, Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə əməkdaşları, məktəb-liseyin müəllim və şagirdləri, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər iştirak ediblər.

Görüşdə çıxış edənlər işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində doğma yurd yerlərimizin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsindən danışıblar. Bildiriblər ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. Həmçinin vurğulanıb ki, işğaldan azad edilən ərazilərdə yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən Qarabağ Universitetinin yaradılması Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq.

Görüşdə məktəb-liseyin şagirdləri və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140410