“Qarabağ” yarım milyon avroluq vinger transfer edir – FOTO

image-7376backend

“Qarabağ” klubu yarım milyon avroluq transferə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Şaveş” klubundan Juninyonu heyətinə cəlb edəcək. Bu barədə “O Jogo” nəşri məlumat yayıb. “Qarabağ” qarşı tərəflə anlaşıb, 26 yaşlı vingerin keçidi üçün “Şaveş”ə 500 000 avro ödəyəcək.

Klub ötən mövsümdən futbolçunu heyətinə qatmaq istəsə də, transfer müəyyən səbəblərə görə baş tutmayıb.

Qeyd edək ki, Juninyo daha öncə Braziliyanın “Atletiko Paranaense”, “Portimonense”, “Villa Nova”, Portuqaliyanın “Eştoril” klublarında çıxış edib. O, ötən mövsüm “Şaveş”də 30 oyuna çıxıb, 4 qol vurub.

.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki