
Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərilməlidir – Paşinyan
Qarabağla bağlı humanitar böhran kifayət qədər böyük beynəlxalq reaksiya alıb.
Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
O xatırladıb ki, ötən gün BMT Təhlükəsizlik Şurasında məsələ ilə bağlı mühüm müzakirə aparılıb: “Müxtəlif ölkələr və beynəlxalq təşkilatlar vəziyyətə aydın qiymət verməkdə davam edirlər. Mən bütün ölkələrə və beynəlxalq təşkilatlara verdikləri aydın qiymətlərə görə təşəkkür etmək istəyirəm. Mən Ermənistandakı həmin təşkilatlara və şəxslərə, diaspora və peşəkar qruplara da təşəkkür edirəm. Laçın yolundakı vəziyyətlə bağlı beynəlxalq məlumatlılığı artırmaq lazımdır. Biz bu istiqamətdə birgə səylərimizi daha da artırmalıyıq”.
Paşinyan qeyd edib ki, Qarabağ probleminin həllində beynəlxalq ictimaiyyətin fəallığı xeyli artmalıdır: “Biz Qarabağa və Laçın yoluna BMT-nin faktaraşdırıcı missiyası, ATƏT və ya ATƏT-in Minsk qrupunun göndərilməsi üçün fəal işləməliyik”.
Busaat.az























