
Qarabağa beynəlxalq sülhməramlı missiya gətirilməsi hədəflənir? – Peskovdan qəribə AÇIQLAMA
Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına BMT mandatı, eləcə də bölgəyə əlavə beynəlxalq qüvvələrin cəlb edilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazımdır.
Busaat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Münaqişə tərəfləri buna razılıq verərsə, beynəlxalq sülhməramlılar da bölgəyə cəlb oluna bilər. Bu, təkcə Ermənistan deyil, həm də Azərbaycanın razılığı ilə olmalıdır” – deyə, Peskov bildirib.
Busaat.az























