“Qarabağda doğulan ermənilərin pasportuna doğum yeri Azərbaycan yazılacaq”- Ermənilər şokda

image-1614802348_xanskibackend

Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə anadan olub.

Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

Məsələni  şərh edən politoloq Fikrət Sadıqov hesab edir ki, ermənilər Qarabağa qayıdıb yaşamaq istəyirlərsə, onların bundan başqa çıxış yolları yoxdur:

“Əgər Azərbaucanın müvafiq qaydalarını qəbul etməsələr, sənədləri olmasa, nə oxuya, nə işləyə, nə də pensiya ala bilərlər. Onlar Azərbaycan Respublikası qanunları çərçivəsində hərəkət edə bilərlər. Əks halda onları tanıyan olmayacaq və əlacsız şəxslərə çevriləcəklər”.

Politoloqun fikrincə, ermənilər artıq dərk edirlər ki, Azərbaycanın yüksək səviyyəli inkişafından onlar bəhrələnməlidirlər:

“Çünki dövlət başçısı dəfələrlə bunu qeyd edib. Bu da özü-özlüyündə təkanverici bir faktordur. Hesab edirəm ki, məhz bu nüanslara görə ermənilər pasport məsələsində yenilik etmək istəyirlər”.

“Təbii ki, radikal dairələr bununla razılaşmırlar. Amma yaşlı ailələr və onların uşaqları əgər Qarabağda yaşayacaqlarsa, necə Azərbaycan vtəndaşlığını qəbul etməyə bilərlər. Əgər onlar Azərbaycan vətəndaşları olmasa, gərək xarici vətəndaşlar kimi qəbul olunsunlar”.

“Ermənilər anlayır ki, praktiki cəhətdən də vətəndaşlıq haqqında sənədləri əldə etməlidirlər ki, problemləri həll olunsun”.bizim.media

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90