Qarabağda erməni vandalizmi əsgərimizi dəhşətə gətirdi: Yeraltı tunellər…

Qarabağda erməni vandalizmi əsgərimizi dəhşətə gətirdi: Yeraltı tunellər…backend

Ermənilər itkilərini gizlətmək üçün öldürülən əsgərlərinin cəsədlərini basdırırdılar. Cəbrayıl bölgəsində azərbaycanlı döyüşçülər yeddi erməni polisin dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb. Onların cəsədləri ümumi bir çuxura atılıb və üstü torpaqla örtülüb.

Bu barədə Oxu.Az-a Qubadlı rayonunun Mahmudlu kəndində hərbi bölmədən olan könüllü Beyrək Məmmədov danışıb

“Bizim tərəfimizdə itki az idi. Bununla belə, kəndləri 6-7 nəfərlik kiçik qruplarla alırdıq. Bir kəndi tutmaq üçün təxminən 40 dəqiqə vaxt sərf edirdik. Füzuli və Cəbrayıl istiqamətlərindəki döyüşlərdən sonra ermənilər çox qorxdular.

Qubadlı bölgəsində mövqelərini, hərbi texnikalarını, silahlarını qoyaraq, kütləvi şəkildə qaçdılar. Bu istiqamətdə bizə qarşı, əsasən, polislər vuruşurdu. Belə görünür ki, polis mövqelərini tərk edən fərariləri güllələyirmiş. Bizim tapdıqlarımız da onların cəsədləri idi”, – deyə o bildirib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90