Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 127 $▼1.61%
  • Ethereum1 900 $▼1.41%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

“QARABAĞI AZƏRBAYCANDAN QOPARA BİLMƏYƏCƏYİK!” – “Praqaya sülh üçün gedirəm”

image-pasinyan-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Mən Praqaya sülh üçün gedirəm, orada Avropa siyasi ictimaiyyətinin sammitində iştirak edəcəyəm. Azərbaycan, Fransa, Avropa Şurası prezidentlərinin iştirakı ilə dördtərəfli görüş olacaq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.

Paşinyan sülh gündəliyinə sadiq olacaqlarını bildirib: “Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik və son müsahibəmdə dediyim kimi, sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyət daşıyıram. Bu gündəliyi həyata keçirmək üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”.

“Ermənistan dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb və onun müəllifləri – Vardan Oskanyan, Robert Köçəryan, Serj Sarkisyan və Edvard Nalbandyan hakimiyyətə gəlmək üçün bunu şərt kimi qəbul ediblər. Robert Köçəryan da 1998-ci ildə hakimiyyətə gəlmək üçün ilkin şərt kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırmışdı. Serj Sarkisyan isə masanın üzərinə kapitulyasiya kağızı qoyub getdi”– deyə,Paşinyan bildirib.

Paşinyan Qarabağı Azərbaycandan qoparmağın mümkün olmayacağını bildirib: “Ermənistan ətrafında vəziyyət gərgin olaraq qalır. Lakin biz danışıqlar prosesinin məzmunundan müəyyən imkanların yarandığını görürük. Ermənistan və Azərbaycanın 8 dekabr 1991-ci il tarixli saziş əsasında (Müstəqil Dövlətlər Birliyinin yaranmasını nəzərdə tutan 8 dekabr 1991-ci il sazişini nəzərdə tutur – res) bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı konsepsiyamızın tərəflər üçün məqbul ola biləcəyinə inanmaq üçün əsaslar var”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87094