
Qarabağla bağlı imzalanmış sazişlər yerinə yetirilməlidir - Kreml
Rusiya hesab edir ki, Azərbaycan və Ermənistanla Qarabağla bağlı sazişlərin alternativi yoxdur və onlar yerinə yetirilməlidir.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözcüsü Dmitri Peskov deyib.
“Kreml Bakı və İrəvan arasında gərginliyin azaldılmasına yönəlmiş istənilən addımı alqışlamağa hazırdır”, – Peskov bildirib.
“Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli sazişlərinin həyata keçirilməsində gələcək irəliləyişlərə töhfə verəcək istənilən addımı alqışlamağa hazırıq”, – diplomat əlavə edib.
“İmzalanmış üçtərəfli razılaşmalar indi nizamlanma üçün yeganə real əsasdır. Ona görə də biz alternativsiz və hamı üçün lazım olan bütün razılaşmaların yerinə yetirilməsi yolu ilə irəliləməyi düşünürük”, – Peskov sözlərini yekunlaşdırıb.
Busaat.az























