Qatil Günayı öldürməzdən 3 gün öncə 1 gecə polisdə saxlanılıb – Atalığı 14 yaşlı qızı niyə qətlə yetirib?

image-1107218_1backend

Fevralın 2-sində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın qeyri-rəsmi nikahda olduğu Zaur Babayev tərəfindən yaralanması və onun qızı 2009-cu il təvəllüdlü Günay Şadatovanın öldürülməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Axar.az “Astar” TV-yə istinadən xəbər verir ki, hadisədən 3 gün qabaq Günay anası ilə birlikdə ögey atası Zaur Babayevi təcavüzlə bağlı polisə şikayət edib.

Bildirilib ki, Zaur polis bölməsində 1 gecə saxlanılıb, sonra isə sərbəst buraxılıb.

Zaur Babayev ana və qızı onu polisə şikayət etdiklərinə görə cəzalandırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki