Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.17 $▼6.27%
  • WTI neft86.38 $▼5.40%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.205 $▲6.02%
  • Qızıl4 150 $▲0.39%
  • Gümüş53.46 $▲0.64%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin75 054 $▲0.44%
  • Ethereum2 129 $▲0.17%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Qayınatası tərəfindən üzünə “kislota” töküldüyü deyilən qadın öldü - VİDEO

image-telzn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda qayınatası tərəfindən üzünə “yandırıcı məhlul” tökülərək ağır xəsarətlər yetirildiyi deyilən qadın ölüb.

Busaat.az  xəbər verir ki, Telnaz adlı qadın yaşadığı Salyan rayonunun Xələc kəndində dəfn edilib. Bununla bağlı məlumat ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində verilib.

Telnazın vəfatından sonra atası Məhəmməd onun əri və qohumlarının gəlib başsağlığı vermədiyini bildirib. Mərhumun anası isə Telnazın son nəfəsində ailəsi ilə bağlı danışdığını deyib: “Dedi ay ana, apar məni, evdə ölüm. Sonra dedi ki, ay Qalib, mənim axırıma çıxdın…”

 

Xatırladaq ki, Telnaz bir neçə gün əvvəl sözügedən verilişə xərəkdə çıxarılmışdı. Valideynləri onun üzərinə qayınatası tərəfindən “kislota” tökülərək yandırıldığını və müalicə edilmədiyini iddia edirdilər. Onların sözlərinə görə, hadisədən sonra həyat yoldaşı Telnazı ataraq digər qadınla ailə həyatı da qurub.

Amma digər iddialara əsasən, Telnaz dəri xəstəliyindən əziyyət çəkib, sadəcə 5 ay evdə saxlanılıb və müalicə olunmadığı üçün vəziyyəti ağırlaşıb.

Xatırladaq ki, məlumat ictimailəşdiyi gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən saytımıza bildirilmişdi ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılır.

 

 


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=76790