
Qazaxıstan, Türkiyə və Azərbaycan XİN başçıları Orta Dəhlizi müzakirə etmək üçün Aktauda görüşüblər
Aktauda Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib.
Busaat.az xəbər verir ki, iclasda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi iştirak ediblər.
İclasda Gürcüstan nümayəndə heyəti də iştirak edib. Bakı Bəyannaməsinə uyğun olaraq, Orta Dəhlizinin Türkiyə, Azərbaycan və Qazaxıstandan keçən marşrutunun inkişafı və istismarına dair 2022-2027-ci illər üçün yol xəritəsinin imzalanması planlaşdırılıb.
İyunun 27-də Bakıda nazirlərin ilk iclası keçirilib, iclasda Bakı Bəyannaməsi qəbul edilib. Sənəd nəqliyyat və rabitə sahəsində əməkdaşlığı nəzərdə tutur.
Busaat.az























