Qazaxıstanda növbədənkənar prezident seçkiləri başladı

image-14108877026409150470backend

 Qazaxıstanda hazırkı prezident Qasım Comərt Tokayev də daxil olmaqla 6 namizədin mübarizə apardığı növbədənkənar prezident seçkilərində səsvermə başlayıb.

Busaat.az xəbər verir ki, Qazaxıstan xalqı bu gün ölkəni növbəti 7 il müddətindıə idarə edəcək prezidenti seçmək üçün seçkiyə gedir.

Ölkə daxilində qurulan 10 mindən çox seçki qutusunda səsvermə yerli vaxtla saat 07:00-da başlayıb.

Ümumi əhalisi 19 milyonu keçən Qazaxıstanda bu gün sözügedən seçkilərdə 11 milyon 950 min 485 qeydə alınmış seçicinin səs verməsi gözlənilir. Eyni zamanda ölkə xaricdəki nümayəndəliklərdə də seçki qutuları açılıb.

Səsvermə saat 20:00-da başa çatacaq.

Ölkə tarixində ilk dəfə prezident seçkilərində bülletenə “heç kimə səs vermirəm” variantının salınması və namizədlər arasında 2 qadının olması da diqqət çəkir. 15 ölkənin seçki komissiyalarının sədrləri ilə yanaşı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Türk Dövlətləri Təşkilatı (TDT) kimi beynəlxalq təşkilatların müşahidə heyətləri ilə ümumilikdə 642 xarici müşahidəçi səsverməni izləyəcək. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) da səsverməni müşahidə edəcək.

İlkin nəticələr ən geci sabah, yekun nəticələr isə noyabrın 27-də açıqlanacaq.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90