Bu gün Region Liqasının final oyunu keçirilib.
Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, həlledici görüşdə “Xankəndi” ilə “Şirvan” üz-üzə gəliblər.
Qəbələ şəhər stadionunda baş tutan həlledici oyun “Xankəndi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Bayram Əliyev, Hüseyn Axundov və Elariz Xəlilli vurublar.
Qeyd edək ki, Region Liqasının qalibi növbəti mövsümdə Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Şirvan” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Lerik” ilə pley-off matçına çıxacaq.