Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.92 $▼5.51%
  • WTI neft87.12 $▼4.59%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.212 $▲6.25%
  • Qızıl4 148 $▲0.37%
  • Gümüş53.32 $▲0.39%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin74 882 $▲0.21%
  • Ethereum2 131 $▲0.30%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Qərar verildi: hansı şəxslərə ölüm pulu verilməyəcək?

image-1580370925_tabur
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pensiya yaşına çatmamış və rəsmi olaraq işləməyən şəxsin vəfat etməsi halında onun ailə üzvlərinə “ölüm pulu”nun verilib-verilməməsi maraq doğurur.

Maraqlıdır, onun ailə üzvlərinə dövlət tərəfindən “ölüm pulu” ödənilirmi?

Busaat.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, bu halda ölüm pulu nəzərdə tutulmur.

Hüquqşünasın sözlərinə görə, ölüm pulu yalnız məcburi dövlət sosial sığorta sistemində kapitalı formalaşmış şəxslərə şamil edilir:

“Əgər vətəndaş pensiya yaşına çatmayıbsa, rəsmi işləməyibsə və onun adından sosial sığorta haqları ödənilməyibsə, bu zaman fərdi sosial sığorta kapitalı formalaşmır. Kapital olmadığı üçün də dövlət tərəfindən ölüm pulu ayrılmır”.

Elşad İsayev vurğulayıb ki, ölüm müavinəti əsasən işləyən, sosial sığorta ödəyicisi olan və ya pensiya alan şəxslərin vəfatı zamanı verilir:

“Bu müavinət sosial sığorta mexanizminin tərkib hissəsidir və yalnız sistemdə qeydiyyatda olan şəxslərə aiddir”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, sosial sığorta haqları ödənilməyən və rəsmi əmək fəaliyyəti olmayan şəxslər üçün ölüm müavinəti nəzərdə tutulmayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179191