Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 394 $▲2.00%
  • Ethereum1 833 $▲3.67%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Qərbin Rusiyanı PARÇALAMAQ PLANI İŞƏ DÜŞDÜ: SSRİ-nin aqibəti TƏKRARLANIR

image-qrbin_rusiyan_paralamaq_plani_
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“SSRİ dağıldıqdan sonra Qərb ölkələri Rusiya ilə tərəfdaşlıq münasibətləri qurdular, demokratik əsasda prezident seçilən Boris Yetlsinlə sıx əməkdaşlığa başladılar, Rusiyanı “böyük yeddilərin” sıralarına qatmaqla təsisatı “böyük səkkizlərə” çevirdilər. Ancaq Rusiyanın Çeçenistanda başlatdığı dağıdıcı müharibə, şəhər və kəndlərin bombalanması, minlərlə günahsız insanın həlak olması Qərb ölkələrini xeyli düşündürdü. Putin hakimiyyətə gəldikdən sonra Çeçenistana qarşı növbəti müharibəyə başladı və böyük itkilər hesabına bu bölgəni ram etdi. Qərb ölkələri Rusiyanın həddən artıq gücdən istifadə etməsindən narahat oldular. Buna baxmayaraq, ABŞ və Avropa ölkələri Çeçenistanda iki müharibəni qısa müddətdə unutdular və Putin Rusiyası ilə əməkdaşlığı davam etdirdilər. Çünki bütün hallarda Çeçenistan Rusiya ərazisiydi və Qərb Kremlin ərazi bütövlüyünü təmin etmək hüququnun olduğunu qəbul etdi”.

Bunu Milli.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Qərb Rusiyanı Ukraynaya hücuma həvəsləndirdi:

“2000-ci illərin əvvəllərində Qərb liderləri Putinlə tez-tez görüşür, onunla geniş fikir mübadiləsi aparırdılar. Ancaq Rusiyanın Gürcüstana qarşı başlatdığı müharibə qırmızı çizgilərin aşılması idi. Buna rəğmən, Qərb yenə də Rusiyanı bağışlamağa hazır idi. Təsadüfi deyil ki, Gürcüstana qarşı başlatdığı müharibəyə görə Rusiyaya qarşı sanksiyalar qəbul edilmədi. Bu, Kremli arxayınlaşdırdı və 2014-cü ildə Krımın ilhaqına həvəsləndirdi. Qərb bu dəfə Kremlin şıltaqlığını bağışlamadı və Rusiyaya qarşı sanksiyalar qəbul etdi. Kreml nəticə çıxarmadı və 2022-ci ildə Ukraynaya qarşı işğalçı müharibəyə başladı.

Qərbin bütün bunlardan sonra Rusiyanı zəiflətmək və ya parçalamaq kimi planının olduğunu istisna etmək olmaz. Belə bir plan varsa, bu Rusiyanın Krımı ilhaqından sonra tərtib olunub. Kreml sahibinin narahatlığı “Rusiyanın yerində kiçik dövlətlər yaratmaq istəyirlər” cümləsindən də anlaşılandır. Qərbin SSRİ kimi imperiyanı dağıtmaq təcrübəsi var. Rusiya isə SSRİ-dən güclü dövlət deyil”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin son müsahibəsində deyib ki, Qərbin məqsədi Rusiyanı parçalamaq və kiçik dövlətlərə bölməkdir. Kreml sahibi Qərbdə Rusiyanın parçalanmasıyla bağlı konkret sənədin olduğunu iddia edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101946