“Qərblə Ermənistan arasında münasibətləri soyumayacaq, çünki…”-ŞƏRH

Ermənistanbackend

“Qərb maksimum dərəcədə tez bir zamanda Ermənistanı Rusiyadan qoparmaq istəyir”.

Bunu Pentaqonun Ermənistanı təlimlərdən çıxarmasının Qərblə-Ermənistan arasında münasibətlərə necə təsir edəcəyindən danışan politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Qərblə Ermənistan arasında münasibətlər yaxşı olaraq davam etməkdədir. Ermənistanın Pentaqonun keçirdiyi təlimdən çxarılmasın Qərb-Ermənistan münasibətlərinin soyuması, yaxud Ermənistan-Rusiya münasibətlərinin yaxşılaşması demək deyil:

image-131bd62202-hh

“Bu taktiki siyasi gediş də ola bilər. Ermənistanda mövcud hökumət Qərblə əlaqələrin daha da yaxşılaşdırılmasının vacibliyini anlayır. Lakin Rusiyanın Qərblə Ermənistan arasında münasibətlərin korlanmasında maraqlı olduğunu nəzərə almaq lazımdır. Gərginləşən münasibətlər fonunda Rusiya Ermənistanın özünə yaxınlaşması üçün hər addımı ata bilər. Yaxud paralel olaraq Qərb-Ermənistan yaxınlaşmasının qarşısını ala bilər”.

“Belə xırda nüanslar Qərblə Ermənistan arasında münasibətləri soyutmayacaq. Çünki Qərb maksimum dərəcədə tez bir zamanda Ermənistanı Rusiyadan qoparmaq istəyir. Bu detalları nəzərə alaraq Qərblə Ermənistan arasında soyuqluğun yaşanmayacağını demək olar”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki