TƏCİLİ: peyvənd olunmayanlar ictimai yerlərə buraxılmayacaq

image-1613371436_vaksinbackend

Avqustun 1-dən etibarən Səudiyyə Ərəbistanında vaksinasiya olunmamış vətəndaşlar və əcnəbilər ictimai yerlərə buraxılmayacaqlar.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı “Alarabia” telekanalı Krallığın Bələdiyyə və Əyalət İşləri Nazirliyinə istinadən yayıb.

Mənbə bildirib ki, COVID-19 əleyhinə vaksinasiya olunmamış şəxslərin ictimai məkanlara, o cümlədən toy və yas mərasimi zallarına, bərbərxana, gözəllik salonları, ticarət mərkəzləri və restoranlara girişi qadağan ediləcək.

Məlumata görə, bütün məkanların girişində vaksinasiya pasportunu yoxlayan aparatlar qoyulacaq. Eyni zamanda, həmin obyektlərdə vaksinasiya olmadan çalışmağa izin verilməyəcək.

Bundan əlavə, ölkənin Daxili İşlər Nazirliyi bəyan edib ki, avqustun 9-dan etibarən yalnız iki doza vaksin vurulan vətəndaşlar xaricə səyahət edə biləcəklər.

Məkan və toy sahibləri ilə aparılmış danışıqlarla müvafiq qaydalar bir daha onların diqqətinə çatdırılıb, yaranmış hallar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.

Monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub. bizim.media

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90