Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 448 $▼7.00%
  • Ethereum1 742 $▼9.63%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

“Qiymət artımının qarşısı alınmasa, bu tədbirlərin əhəmiyyəti olmayacaq” – Vahid Əhmədov

image-cfb38658-6ea7-49f9-a867-4dc84644f564
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Mən həmişə demişəm, indi də deyirəm ki, nə qədər maaş, pensiya, müavinət artımı etsək də, inflyasiyanın, qiymət artımının qarşısı alınmasa, bu tədbirlər demək olar ki, özünü doğrultmur. Ona görə də, əsas olan qiymət artımı və inflyasiyanın cilovlanması məsələsidir. Bununla əlaqədar anti-inflyasiya tədbirləri var, həyata keçirilir. Bu tədbirləri bir az da sərtləşdirməyə ehtiyac var ki, qiymət artımı olmasın”.

Busaat.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi. Onun sözlərinə görə, bu istiqamətdə qonşu ölkələrin təcrübəsindən də istifadə oluna bilər.

“Dünən baxıram, Gürcüstanda yeni qərar qəbul olundu. Nəticədə dərman vasitələrinə “tavan qiymət” qoyuldu ki, dərman qiyməti maksimum bu qədər ola bilər. Nazir göstəriş verdi ki, oktyabr ayının 15-dən ibarət tavan qiymətlər tətbiq edilsin. Azərbaycanda da ola bilər ki, belə bir addım atılsın. Vergi sistemində də müəyyən dəyişikliklər ola bilər. Yəni kifayət qədər imkanlar var ki, bu inflyasiyanın, qiymət artımının qarşısı alınsın. Hətta mən hesab edirəm ki, bunlar hamısı Rusiya-Ukrayna müharibəsi ilə birbaşa əlaqədardır. Bu müharibə tez bitərsə, müəyyən qədər qiymət artımı və inflyasiyanın qarşısı alınar”, – deyə millət vəkili vurğulayıb.

Vahid Əhmədovun fikrincə, ən böyük problemlərdən biri də maaş və pensiyaların artırılmasından sonra supermarketlərdə qiymətlərin yüksəlməsidir:“İnsanların maaşı, pensiyası, müavinəti artır, ondan da iki gün qabaq və ya sonra qiymətlər artır. Yəni bu, çox ciddi məsələdir. Buna görə İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti, monitorinq xidmətləri çox ciddi işləməlidir ki, buna imkan verilməsin. Qiymət artımı olacaqsa, maaşların, pensiyaların artımının heç bir əhəmiyyəti olmayacaq. Buna görə də, monitorinqlər aparılması vacibdir. Süni qiymət artımına imkan vermək olmaz”.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97615