“Qızıl top”un 2024/2025 mövsümü təqdimatı üçün tarix müəyyən edilib

image-9png-1747673842backend

2024/2025 mövsümü üçün 69-cu “Qızıl top” mükafatının təqdimetmə mərasiminin tarixi açıqlanıb.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu haqda mükafatın mətbuat xidməti “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Bildirilib ki, mərasim sentyabrın 22-də, Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.

KİV-in məlumatına görə, nominasiyada qələbəyə əsas namizədlər Rafinya Rafael Diaz Belloli (“Barselona”), Usman Dembele (“PSJ”), Lamin Yamal (“Barselona”), Pedri (“Barselona”) və Məhəmməd Salahdır (“Liverpul”).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki