Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.62 $▲1.98%
  • WTI neft89.37 $▲1.66%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.147 $▼0.38%
  • Qızıl3 850 $▼0.59%
  • Gümüş47.30 $▼0.44%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.25 ¢▲0.13%
  • Bitcoin64 591 $▼1.11%
  • Ethereum1 813 $▼1.19%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Sağlamlıq

“Qızılca peyvənd olunmayan uşaqlar arasında yayılıb” - Rəsmi

image-qizilcaaaaa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib”.

Busaat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar. Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir.

Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur”, – rəsmi məlumatda vurğulanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128530