Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 177 $▲1.66%
  • Ethereum1 827 $▲3.31%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Sağlamlıq

Qızılcaya yoluxanların antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirildi

image-derman77
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səhiyyə Nazirliyi qızılca virusuna yoluxmuş şəxslərin antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirib.

Busaat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazovun sözlərinə görə, qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir.

“Qızılca zamanı bakteriyalı fəsadlar ola bilərsə, onda təbii ki, antibiotik təyin edilir. Amma bu fəsadlar olmadan tövsiyə olunmur”, – o qeyd edib.

Həkim deyib ki, qızılcaya yoluxmuş şəxslərin ikinci dəfə buna yoluxması çox nadir hallarda qeydə alınır.

Virusa yoluxan şəxslərin A vitaminini qəbulu məsələsinə gəldikdə isə, Təyyar Eyvazov qeyd edib ki, milli təqvim peyvəndində də qızılcaya yoluxmuş şəxslərə A peyvəndinin verilməsi tövsiyə olunur:

“Buna görə virusa yoluxan və vəziyyəti ağırlaşmış şəxslərin müalicəsində A vitaminindən istifadə oluna bilər”.

Həkim xatırladıb ki, qızılcaya qarşı iki doza peyvənd almış şəxslər xəstələnsələr də yüngül keçirirlər və ciddi fəsadlar özünü göstərmir:

“Müasir dövrdə bir sıra infeksiyaları idarə edə bilirik. Bizim Milli Peyvənd Təqvimində 11 infeksiyaya qarşı peyvənd var. Peyvəndlərin tətbiqindən sonra qızılcaya yoluxma halları azalmağa başlayıb. Qızlcadan qorunmağın yolu peyvənd olunmaqdır. Əgər uşaqlar peyvənd olunmayıbsa, valideynləri uşaqlarına vaksin vurdurmağa çağırırıq. Hamilə qadın qızılcaya yoluxubsa, həkimə müraciət etməlidir ki, ağırlaşmaların qarşısı alınsın. Bildiyimiz kimi, hamilə qadınlara peyvəndin vurulması əks göstərişdir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129901