Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.81 $▲1.13%
  • WTI neft88.77 $▲0.98%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 841 $▼0.83%
  • Gümüş47.20 $▼0.64%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.75 ¢▼0.13%
  • Bitcoin64 324 $▼1.52%
  • Ethereum1 809 $▼1.37%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

"Qoç ət"də faciəvi şəkildə ölən xadiməyə görə sexin müdiri HƏBS EDİLDİ

image-1465277
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qoç ət” KFT MMC-yə məxsus olan və Qaradağ rayonunda yerləşən kəsim sexində xadimənin elektrik ətqarışdırıcı qurğuya düşərək ölməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə şirkətin kəsim sexinin müdiri, 1979-cu il təvəllüdlü Vüsal Babayev Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, hadisə baş verərkən kəsim sexində xadimə kimi çalışan 1982-ci il təvəllüdlü Pirməmmədova Rəqsanə Azad qızı qurğunun tam söndürülməsi şəraitində iş görməli olsa da, həmin vaxt elektrik mikseri elektrikə qoşulu olub. Qadın cihazın ətrafını təmizləyərkən o, miksero toxunub və avadanlığın içinə düşərək hərəkət edən ətqarışdırıcının içində hissələrə bölünüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məhkəmədə mərhum R.Pirməmmədovanın həyat yoldaşı onun hadisədən təxminən 15-20 gün əvvəl kəsim sexində işləməyə başladığını deyib. O, qarşı tərəflə barışdığını şirkətə və onun kəsim sexinin müdirinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Qaradağ Rayon Məhkəməsi Vüsal Babayevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəza 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106672