Qubada 26 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Murad Abasovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Busaat.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin iyununda Quba rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Murad Abasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
M.Abasova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Murad Abasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.