“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yayda “Barselona”ya getmək fikrindədir.
Busaat.az xəbər verir ki, bu barədə məlumatlar sosial mediada yer alıb.
Təcrübəli mütəxəssis artıq Avropa klublarının “Qarabağ”ın hücum strategiyasını bildiyini düşünür. Bu il katalonların da uğurlu çıxışını görən Qurban Qurbanov Hansi Flikin yanına təcrübəyə gedə bilər.
Bundan öncə də Pep Quardiolanın təcrübəsindən yararlanan mütəxəssisin yenidən “Barselona”ya səfəri real görünür.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.