Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.39 $▼0.47%
  • WTI neft88.45 $▼0.12%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.166 $▼1.98%
  • Qızıl3 875 $▼0.30%
  • Gümüş47.43 $▼3.44%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.00 ¢▼0.88%
  • Bitcoin64 967 $▼0.53%
  • Ethereum1 824 $▼0.58%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
İdman

Qurban Qurbanov milliyə gedəcəkmi? - Musa Qurbanlının cavabı + VİDEO

image-resize-13
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Yurqorden”in (İsveç) hücumçusu Musa Qurbanlı atası Qurban Qurbanovun adının Azərbaycan millisinin baş məşqçiliyinə namizədlər sırasında hallanması ilə bağlı məsələyə münasibət bildirib.

Busaat.az xəbər verir ki, 21 yaşlı hücumçu “CBC Sport”da yayımlanan “Start” verilişində bununla bağlı sualı cavablandırıb. O bildirib ki, Q.Qurbanovla şəxsən təkbətək bu barədə söhbətləri olmayıb:

“Mən ondan soruşmamışam ki, milliyə gedirsən, ya yox. Amma hiss etdiyim, fikirləşdiyim odur ki, açığı, mən onun milliyə baş məşqçi gəlməsini real görmürəm. Yenə də bilmirəm, necə olar…”

M.Qurbanlı millinin gələcək baş məşqçisi olaraq kimi görmək istəməsi barədə danışarkən isə deyib: “Kim məşqçi olmalıdır? Mən bu suala cavab verə biləcək şəxs deyiləm. Buna futbolçu kimi cavab verə bilərəm ki, səmimi şəkildə mənim üçün kimin məşqçi olmasının fərqi olmayacaq. Yəni heç nə dəyişməyəcək. Öz işimi necə görürdüm, bundan sonra da elə də davam etdirəcəm”.

Qeyd edək ki, İsveçdə 2023-cü il mövsümü başa çatdığı üçün Musa Qurbanlı müvəqqəti olaraq Azərbaycana qayıdıb.Qol.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129249