Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.96 $▼0.55%
  • WTI neft84.20 $▼0.64%
  • Avropa qazı (TTF)86.40 €▲1.08%
  • Təbii qaz (ABŞ)3.173 $▲0.35%
  • Qızıl3 783 $▼0.11%
  • Gümüş46.01 $▲0.43%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin64 555 $▼0.49%
  • Ethereum1 808 $▼0.79%
  • S&P 5007 341▼1.07%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Qurban Qurbanov mükafat almaq üçün Macarıstana gedir

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Beynəlxalq Feyr Pley Komitəsinin (CİFP) oktyabrın 21-i Macarıstanın paytaxtı Budapeştdə keçirəcəyi tədbirə yollanacaq.

Busaat.az xəbər verir ki, təcrübəli çalışdırıcı oktyabrın 20-də “Turan Tovuz”la səfər qarşılaşmasından dərhal sonra Budapeştə yola düşəcək.

Qurbanov “ədalətli oyun” prinsiplərinə görə verilən dünyanın ən nüfuzlu idman mükafatına layiq görülüb və bunu qazanan ilk azərbaycanlı kimi idman tariximizə düşüb.

“Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər – amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.

Ötən il Qurbanov UEFA Konfrans Liqasının “Qarabağ” – “Marsel” oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı. O, karyerası ərzində daha bir neçə dəfə ədalətli oyun jestləri ilə seçilib. O cümlədən, 2015/16 futbol mövsümündə “Qarabağ”ın Azərbaycan çempionatının 7-ci turunda “İnter”lə oyununda hakimin rəqib qapısına təyin etdiyi yanlış penalti zərbəsini Elvin Məmmədova qola çevriməməyi, 2018-ci ildə isə Antalyada “Kuban”la matçda hakimin “Qarabağ”ın lehinə verdiyi daha bir səhv penaltini Mahir Emreliye qapının yanından vurmağı tapşırıb.

Bütün bunlar Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsinə göndərilib.

AİJA Qurbanovu 2022-ci ildə dünyanın ən ali iki feyr pley mükafatına – bir jest üçün nəzərdə tutulan “Pierre de Coubertin World Trophy” və karyerası ərzində daim ədalətli oyun prinsiplərinə sədaqətinə görə verilən “Jean Borotra World Fair Play Career” namizədliyini irəli sürmüşdü.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125162