Premyer Liqamızda mövsümün son turunda çempionluq uğrunda keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu öncəsi komandaların baş məşqçilərinin bir-birinə qarşı göstəriciləri açıqlanıb.
Busaat.az xəbər verir ki, Peşəkar Futbol Liqasının mətbuat xidməti “Neftçi”nin çalışdırıcısı Samir Abasovla “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında olan statistikanı təqdim edib.
İndiyədək baş məşqçi kimi qarşılaşdıqları 18 oyunun 13-də Qurbanov, 2-də Abasov qələbəyə sevinib. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Göründüyü kimi, bir vaxtlar millimizdə komanda yoldaşı olmuş bu mütəxəssislərdən Qurban Qurbanovun aşkar üstünlüyü var.
Qeyd edək ki, Samir Abasov 2010-2011-ci illərdə Qurban Qurbanovun baş məşqçiliyi altında “Qarabağ”da çıxış edib. O, məşqçi kimi Q.Qurbanovla “Neftçi” ilə yanaşı “Sumqayıt” və “Zirə”də işləyəndə də qarşılaşıb.
Xatırladaq ki, bu gün “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 20:30-da başlayacaq.