Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft92.30 $▼0.78%
  • WTI neft84.57 $▼1.05%
  • Avropa qazı (TTF)86.40 €▲1.08%
  • Təbii qaz (ABŞ)3.185 $▼0.22%
  • Qızıl3 789 $▼1.03%
  • Gümüş45.97 $▼1.90%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda604.75 ¢▼0.94%
  • Bitcoin64 619 $▼0.39%
  • Ethereum1 811 $▼0.64%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Gündəm

Quru sərhədlərlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

image-flqjb1fgzhqfo6zhfpkmzvrslcdzgnnbecnaejud
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın qonşu dövlətlərlə quru sərhəddinin açılacağı ilə bağlı məsələ uzun müddətdir müzakirə olunur. Yeni iddialara görə isə sərhədlərin iyulun 1-dən açılacağı gözlənilir.

Belə ki, pandemiyanın dünya üzrə bitdiyi açıqlansa da, bu səbəbdən bağlanan sərhədlərimiz hələ ki açılmayıb.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, sərhədlərin açılması çox vacibdir:

“Əhalinin gediş-gəlişi ilə bağlı çox ciddi problemlər yaşanır. Lakin hökuməti də başa düşmək lazımdır. Bölgədə, qonşu dövlətlərdə yaşananlar, onlarla sərhəddə baş verən ciddi problemlər bunu deməyə əsas verir. Lakin heç olmazsa, Gürcüstanla sərhədi aça, burada xüsusi nəzarət sistemini və yoxlamanı gücləndirə bilərik. Yəni insanlar vacib işlərində gedib-gəlmək imkanına malik olsunlar”.

Millət vəkili bu məsələ ilə bağlı onlara da çoxlu müraciətlərin daxil olduğunu deyib: “Rusiyadakı problemlər fonunda orada yaşayan həmvətənlilərimiz gəlmək, ailələri ilə görüşmək istəyirlər. Onların hər birinin hava yolu gəlmək imkanı yoxdur. Ona görə də, sərhədlərin açılması çox vacibdir”.

“Bu məsələyə hökumətdə də baxılır. Sərhədlərin mümkün qədər tez açılması həm iqtisadi, həm də sosial baxımdan vacibdir”, – V. Əhmədov əlavə edib.(musavat.com)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=113179