Busaat.az xəbər verir ki, nüfuzlu “Transfermarkt” internet portalı məşqçilərin transferlərə xərclədikləri reytinqi tərtib edib. Bu siyahının lideri hazırda “Mançester Siti”yə rəhbərlik edən, əvvəllər “Barselona” və “Bavariya”da çalışmış ispan mütəxəssis Pep Qvardioladır. O, transferlərə 2 milyard avrodan çox pul xərcləyib.
Məşqçilərin transferlərə xərclədikləri reytinqi:
Pep Qvardiola: 2,04 milyard avroya 78 transfer;
Joze Mourinyo: 1,86 milyard avroya 118 transfer;
Karlo Ançelotti: 1,62 milyard avroya 95 transfer;
Massimiliano Alleqri: 1,4 milyard avroya 113 transfer;
Dieqo Simeone: 1,21 milyard avroya 82 transfer;
Manuel Pelleqrini: 1,2 milyard avroya 96 transfer;
Tomas Tuxel: 1,19 milyard avroya 71 transfer;
Antonio Konte: 1,17 milyard avroya 93 transfer;
Maurisio Poçettino: 1,15 milyard avroya 57 transfer;
Yurgen Klopp: 1,13 milyard avroya 85 transfer.