Raffaele Palladino “Fiorentina”dan ayrıldı

image-c1pqnykvkb3ajvd78hrdxzorgvqp38bt6zinwx6r_1200backend

“Fiorentina” baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırıb.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A seriyası təmsilçisi 41 yaşlı italiyalı və onun məşqçilər heyəti ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verib. Mütəxəssis 2024-cü ilin iyulundan “Fiorentina”nı çalışdırırdı.

“Fiorentina” Palladinonun rəhbərliyi altında A seriyasının 2024/25 mövsümünü 65 xalla 6-cı pillədə başa vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki