Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 741 $▲0.98%
  • Ethereum1 801 $▲1.87%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

Ramilin penaltisini qaytaran “Gent”in qapıçısından yumoristik AÇIQLAMA

image-1676622862_177897_6qd5a7gxva
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Gent”in qapıçısı Deyvi Rof Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyun barədə fikirlərini bildirib.

Busaat.az verir ki, belçikalı qolkiper klubun mətbuat xidmətinə açıqlamasında əvvəlcə penaltini dəf etməsi ilə bağlı danışıb. Bu zaman o, yumoritstik fikir səsləndirib və penaltini qaytarmaqda ona ayaq ölşüçüsünün uzun olmasını göstərib: “Penaltini dəf etməyim xoş idi. Bir az şanslı idim. Çünki yerimdən çox tez tərpəndim. Xoşbəxtlikdən butsumun ölçüsü 48.5-dir və mən buna görə topa çata bildim”.

Rof məğlubiyyətin üzücü olduğunu deyib: “Uğursuz zərbəmdən sonra qol buraxdıq. Rəqib kiçik bir səhvə görə dərhal cəzalandırmağı bacarır. Şübhəsiz ki, cavab matçında bunu düzəltmək şansımız var. Belçikada buradakı ilk hissədəki kimi oynamalı olacağıq. “Qarabağ” çox ağıllı komandadır. Səhv etməyimizə çalışacaq”.

Qeyd edək ki, “Gent”lə “Qarabağ” arasında cavab oyunu fevralın 23-də Belçikada keçiriləcək.(Qol.az)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101017