Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 091 $▼1.66%
  • Ethereum1 905 $▼1.15%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

Rayona köçəcək Premyer Liqa klubu müəyyənləşdi

image-image_750x_63826ec4d76e8
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

SOCAR-ın tikintisi 2008-ci ildən yarımçıq dayandırılan Şirvan şəhər stadionunda inşaat-tamamlama işlərinə 2023-cü ilin yanvarıda başlayacağını xəbər vermişdik (https://mediasport.az/ozel-socar-bu-rayonda-yeni-stadionu-yaya-qeder-tehvil-verecek).

mediasport.az idman qurğusu ilə bağlı daha bir maraqlı xəbər əldə edib. Yayda təhvil verilməsi nəzərdə tutulmuş arenada hansı Premyer Liqa klubunun məskunlaşacağı artıq müəyyənləşib.

Gənclər və İdman nazirliyi-SOCAR-AFFA rəhbərliyinin yekun müzakirələrdən sonra verdiyi qərara əsasən, qeyri-adi hadisə baş verməsə, stadion gələn mövsümdən “Səbail”in ixtiyarına veriləcək. Təbii ki, adı dəyişdirilərək. Klubun hansı ad altında fəaliyyət göstərəcəyi hələlik məlum deyil.

Bayıl klubunun rəhbərliyi artıq bu məqsədlə Şirvana yollanıb, kompleksin ərazisində yaradıla biləcək infrastrukturla tanış olduqdan sonra təklifə müsbət yanaşıb. Şəhərlə, oradakı şəraitlə yaxından tanış olan klub rəsmilərini regiondakı perspektivlə yanaşı, paytaxt Bakı ilə saatyarımlıq (120 km) məsafədə olması da razı salıb.

Fövqəladə hadisə ilə üzləşməsək, maksimum 2024/2025-ci illər mövsümünün startına qədər “Səbail” yeni adla bütövlüklə bu kompleksdə məskunlaşacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92060