“Real”dan Arda Gülərlə bağlı YENİ QƏRAR

image-1689925186_ardbackend

Madrid “Real”ının Arda Gülərlə bağlı planı üzə çıxıb.

Offsideplus.az “AS” nəşrinə istinadla xəbər verir ki, “kral klubu” Arda üçün xüsusi plan hazırlayıb.

La Liqa təmsilçisinin məşqində uğurlu oyun nümayiş etdirən 18 yaşlı futbolçu, klubun ABŞ-də qatılacağı turnir üçün 25 nəfərlik heyətdə özünə yer tapıb. Lakin klub Ardanın fiziki imkanlarının zəif olduğunu qeyd edib. “Real” Arda Gülərin performansına mənfi təsir göstərmədən əzələ gücünü artırmağa yönəlmiş proqramı həyata keçirir.

Proqram tətbiq edilərkən onun yaradıcılığına, sürətinə və oyuna baxışına mənfi təsir göstərməməsi üçün tədbirlər görülüb. “Real” əvəllər Vinisius və Rodriqo üçün də proqram tətbiq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki