“Real Madrid” qapıçı Kepa Arrizabalaqanın transferini elan edib.
Busaat.az xəbər verir ki, bu barədə klubun öz rəsmi saytında məlumat dərc olunub.
İspaniya klubu qolkiperi Londonun “Çelsi” klubundan bir mövsümlük alıb. İcarə müqaviləsi 2024-cü ilin iyun ayına qədər etibarlıdır. Arrizabalaqanın satın alınma ehtimalı barədə məlumat verilmir.
Sabah qapıçı “Real Madrid”in yeni oyunçusu kimi azarkeşlərə və mediaya təqdim olunacaq.
“Real Madrid”də Arrizabalaqa 46-cı nömrə altında çıxış edəcək.