“Real Madrid” rəhbərliyi “PSJ”nin hücumçusu Kilian Mbappeyə alternativ qərar verib.
Busaat.az bildirir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Real Madrid” Mbappeni transfer edə bilməyəcəyi təqdirdə “Mançester Siti”nin və Argentina millisinin hücumçusu Julian Alvaresi almaq imkanını nəzərdən keçirir.
Mbappenin “PSJ” ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. Transfermarkt internet portalı hücumçunu 180 milyon avro qiymətləndirir.
2022/2023 mövsümündə Alvares “Mançester Siti”nin heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 50 milyon avrodur.