“Real” Zidanın əvəzləyicisini tapdı

“Real” Zidanın əvəzləyicisini tapdıbackend

“Real”ın sabiq futbolçusu Raul Qonzales komandaya baş məşqçilik edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. “Kral klubu” hazırkı çalışdırıcısı Zinəddin Zidanı istefaya göndərəcəyi təqdirdə bu vəzifəyə Raulu əsas namizəd hesab edir.

Bundan əvvəl rəhbərlik Zidanı Maurisio Poçettino ilə əvəzləməyi düşünürdü. Lakin 48 yaşlı mütəxəssis PSJ-də işləməyi seçdi.

Qeyd edək ki, 1994-2010-cu illərdə Madrid təmsilçisində çıxış edən Raul hazırda “Real”ın gənclərdən ibarət komandasını çalışdırır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki