Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.73 $▼2.67%
  • WTI neft88.55 $▲0.24%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.099 $▼1.87%
  • Qızıl3 865 $▼0.12%
  • Gümüş47.44 $▲0.24%
  • Pambıq81.40 ¢▲3.10%
  • Buğda588.50 ¢▲0.30%
  • Bitcoin64 332 $▼1.51%
  • Ethereum1 799 $▼1.92%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Rəsmi Bakı: "Avropa İttifaqı ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkir"

image-4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Avropa İttifaqının (Aİ) üzv ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkir”.

Busaat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Azərbaycan əleyhinə əsassız ittihamları ilə bağlı şərhində yer alıb.

Bildirilib ki, Aİ üzv ölkələri aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi halda, Azərbaycanın öz suveren ərazilərində mövcud təhdidlərə qarşı haqlı mübarizəsinə münasibətdə Aİ-nin xarici siyasət qurumunun ölkəmizin ərazisində separatizmi qızışdırması cəhdləri ciddi narahatlıq mənbəyidir.

“Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir”, – XİN-in məlumatında vurğulanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127854