Rəsmi İrəvan yenə yalan məlumatlarla beynəlxalq mediada çaşqınlıq yaratmağa davam edir

Ermənistanbackend

Rəsmi İrəvan iddia edir ki, guya Azərbaycan qüvvələri sərhəddə yerləşən Kapan şəhərində Sünik hava limanına hücum edərək hava limanının damını və pəncərəsini zədələyib.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti cümə günü bildirib.

“Avqustun 18-də səhər saat 4:24-də naməlum təcavüzkar avtomobillə Kapan şəhərinin Sünik hava limanı yaxınlığındakı əraziyə gəlib və Azərbaycandan hava limanına doğru üç dəfə atəş açıb, yoxa çıxıb. İki atəş nəticəsində hava limanı binasının pəncərələrindən birinə və damına ziyan dəyib”, – deyə Ermənistan təhlükəsizlik xidməti məlumat yayıb.

Rəsmi İrəvan Azərbaycanı hadisəni araşdırmağa və oxşar hadisələrin təkrarlanmaması üçün tədbirlər görməyə çağırıb. Bəyanatda deyilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd nəzarəti qoşunları birgə təhqiqat aparmağa və ya müvafiq videomaterialları Azərbaycan tərəfinə ötürməyə hazırdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki