Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Rəsmi Tehran Ermənistanı işğala son qoymağa çağırdı- Prezident Administrasiyasının rəhbəri

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İran Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və erməni işğalının sona çatması bölgədəki sabitliyin qarantı olacaq”.

Busaat.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bildirib. O, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla, münaqişənin dialoq yolu ilə və beynəlxalq hüquq çərçivəsində həllinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Vaezi Tehranın Azərbaycanı qardaş və dost bir ölkə, yaxşı qonşu hesab etdiyini də vurğulayıb: “İranın Azərbaycanla bağlı mövqeyi həmişə açıq və şəffaf olaraq qalıb. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik və tanıyırıq. İşğala son qoyulmasının bölgədə sabitliyi təmin edəcəyinə inanırıq”.

PA rəhbəri İran ərazisindən Ermənistana silah və hərbi personalın köçürülməsinə dair iddiaları əsassız adlandırıb.

“Müəyyən qüvvələr Azərbaycanla İran arasındakı yaxşı münasibətləri pozmağa çalışır”, – deyə Vaezi bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=20218