Rəsmi Tehran: Müdaxiləyə dərhal cavab veriləcək

image-34jpg-1750347682backend

İran İsrail tərəfində münaqişəyə müdaxilə etməyi qərara alan istənilən ölkəyə dərhal cavab verəcək.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd edilib.

“Əgər bu hərəkətlərə (İsrailin – red.) hər hansı üçüncü tərəf müdaxilə edərsə, ona konkret plana uyğun olaraq dərhal cavab veriləcək”, – bəyanatda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki