İranın nüvə obyektləri ABŞ və İsrailin zərbələri nəticəsində ciddi ziyan görüb.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “Əl-Cəzirə” telekanalına deyib.
“Bəli, bizim nüvə obyektlərimizə ciddi ziyan dəyib”, – o bildirib.
İranın nüvə obyektlərinin, xüsusən də ən qorunan Fordoun vəziyyəti ilə bağlı təfərrüat açıqlanmayıb.