“Reyndcers”dən kütləvi ayrılıq – 6 futbolçu klubdan getdi

image-6jpg-1747762602backend

Şotlandiya təmsilçisi “Reyndcers” 6 futbolçusu ilə vidalaşdığını elan edib.

Busaat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qlazqo kollektivi müqavilə müddəti başa çatan Yanis Haci, Leon Baloqun və Tom Lourenslə yeni sözləşmə imzalamayıb.

Bundan başqa, cari mövsümün əvvəlində komandaya icarə əsasında qoşulan Vaçlav Çerniy, Nerayşo Kasanviro və Rafael Fernandes öz klublarına qayıdıblar.

Qeyd edək ki, “Reyndcers” bu mövsüm Şotlandiya çempionatını “Seltik”in ardınca ikinci sırada tamamlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki