Portuqaliya millisinin və “Əl-Nasr” ın hücumçusu Kriştiano Ronaldo 2023-cü ilin bombardiri siyahısına başçılıq edir.
Busaat.az Lenta.ru-ya istinadən xəbər verir ki, 38 yaşlı forvard Avro-2024-ün seçmə mərhələsində Bosniya və Herseqovina ilə oyunda (5:0) dubla imza atıb.
Ümumilikdə, 2023-cü ildə o, indiyədək milli və klub üçün 40 qol vurub.
Belə ki, Ronaldo bu göstərici ilə Norveç millisinin və “Mançester Siti” nin futbolçusu Erlinq Haalandı geridə qoyub.